Xəbər verdiyimiz kimi, Tatarıstanın S.Amutbayev adına Minzələ Dövlət Dram Teatrında görkəmli Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin "İblis" pyesi tamaşaya qoyulub.
   Teatrın kollektivi bu tamaşanı iyunun 4-dən 11-dək Krasnodar diyarının Novorossiysk şəhərində keçiriləcək Rusiya kiçik şəhər teatrlarının XVI festivalında göstərəcək. "İblis" iyunun 9-da nümayiş olunacaq.
   Festivalda Rusiyanın müxtəlif vilayətlərindən, həmçinin Tatarıstan və Udmurtiya respublikalarından 16 teatr kollektivi çıxış edəcək. Müsabiqə proqramı olan festivalın münsiflər heyətinə Rusiyanın Xalq artisti İqor Sklyar başçılıq edir.