Noyabrın 28-dən dekabrın 2-dək Moskva Dövlət Filarmoniyasında “Başqa məkan” Beynəlxalq aktual musiqi festivalı keçiriləcək.
Festival çərçivəsində ilk dəfə gənc bəstəkarların simfonik orkestr üçün əsərlərinin Ümumrusiya müsabiqəsi təşkil olunacaq.
Festivalın saytında verilən məlumata görə, tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayev münsiflər heyətində yer alıb. Festival çərçivəsində noyabrın 29-da Fərəc Qarayevin “Solo skripka və orkestr üçün konsert”i səsləndiriləcək.