Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 1 iyun – Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri konsert proqramı ilə çıxış edib. Həmçinin uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. Sonda balaca rəssamlar muzey tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

 

* * *

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 114 nömrəli tam orta məktəbdə də uşaqların bayramı münasibətilə sərgi təşkil edilib.

8 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin müəllimi Bənövşə Paşayevanın rəhbərliyi ilə təşkil olunan sərgidə 15 şagirdin əl işlərindən ibarət rəsmlərə baxış keçirilib.

Məktəblilər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə və Beynəlxalq uşaqları müdafiə gününə aid rəsmlərini nümayiş etdiriblər.

Sonda şagirdlər diplom və təşəkkürnamə ilə mükafatlandırılıblar.