Gözəl musiqini ruhun qidası hesab edirlər, lakin onun sehrinə təkcə insanlar deyil, təbiətdə də düşənlər var. Klassik musiqinin delfin və köpəkbalıqlarına müsbət təsir etdiyi də məlumdur.
Alimlər musiqinin təbiətə təsirini öyrənmək üçün bitkilər üzərində müşahidələr aparıblar. Məlum olub ki, klassik musiqi sədaları altında noxud iki gün tez yetişir, buğda isə daha tez boy atır. Aqressiv musiqilərin səslənməsi isə bitkilərin tez solmasına səbəb olur.
Musiqi dinləyərkən insanlar melodiyaya, çiçəklər isə ritmə münasibət bildirir. Sakit və klassik musiqilər hətta suyun üzündə də gözəl fiqurlar yaranmasına səbəb olur. Suyun yanında mənfi yüklü musiqinin səslənməsi zamanı molekulların daha xaotik hərəkəti müşahidə edilir.