Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” metodik mərkəzinin könüllüləri tərəfindən Azərbaycan xalq mahnısı “Dağlar qızı Reyhan” haqqında məqalə hazırlanaraq internetdə yerləşdirilib.

Məqalədə xalq mahnısında dağlar qızı Reyhan adlandırılan xanımın gerçək tarixi şəxsiyyət olması, 1918-ci ildə erməni daşnaklarına və bolşeviklərə qarşı fəal mübarizəsi, sonrakı aqibəti əks olunub.

“Dağlar qızı Reyhan” mahnısını ilk dəfə 1960-cı ildə SSRİ Xalq artisti Rəşid Behbudov ifa edib.