“YARAT” Teatr klubunun peşəkar və həvəskar aktyorları teatrsevərləri gənc rejissor Elmin Bədəlovla birlikdə hazırladıqları səhnə əsərlərinin nümayişinə dəvət edir.
İyunun 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Araqarışdıran”, “10 sm” və “Küləfirəngi” tamaşaları nümayiş etdiriləcək.
Səhnə əsərləri tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pistolettonun hazırda “YARAT”da sərgilənən əsərlərindən ilhamlanaraq ərsəyə gəlib.