Musiqi məktəbinin hesabat konserti
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik Musiqi məktəbi “Tədris ilinin son akkordları” adlı yekun konsertini təqdim edib.
Baş idarənin rəisi Vüqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, digər qonaqlar tədbirdə iştirak ediblər.
Məktəbin şagirdləri T.Quliyevin “Qaytağı”, F.Əmirovun “Laylay”, R.Mirişlinin “Bir könül sındırmışam”, C.Hacıyevin “Ballada”, P.Falyonun “Dicitencello, vuye” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Məktəbin vokal ansamblının ifasında Azərbaycan xalq mahnısı “Laçın”, habelə “Atəşgah”, “Cırtdan”, “Divizi”, “Renessans” xor kollektivlərinin ifasında T.Quliyevin “Popurri”, G.Struvenin “Pestrıy kolpaçok”, Y.Çiçkovnu “Uşaqlıq” və başqa mahnılar səsləndirilib.
Sonda baş idarənin rəisi Vüqar Zeynalov çıxış edərək kollektivi təbrik edib. O, məktəbin müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.