İyunun 25-dən iyulun 1-dək Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində “Dünya nağaraları” XV Beynəlxalq Ritm Festivalı keçiriləcək. Festivalda ölkəmizi Sumqayıtdan “Rövşən” ritm qrupu təmsil edəcək.

Qrupun yaradıcısı və rəhbəri Rövşən Cabbarovun dörd ildir həmin festivala dəvət aldıqlarını deyib. O, festival çərçivəsində ritm həvəskarlarına ustad dərsləri də keçir.