Əlbəttə, bütün Azərbaycan qəlbini və dünyanın 56 məşhur ölkəsinin səhnəsini fəth etmiş Rəşid Behbudov!..
Öncə, bu Vətənin ictimai-siyasi şöhrət pikində olan Vətəndaşının aşağıda tanış olacağınız xatirəsindən bir fraqment: “Biz yüz ildir dünyaya neft verdik, amma özümüzü tanıda bilmədik. Ancaq bir nəfər, bir insan, – Rəşid Behbudov öz mahnıları ilə Azərbaycanı bütün dünyaya tanıtdı”.
Atası – Qafqazın təbii konservatoriyası Şuşada doğulmuş Məcid Behbudalı oğlu gözəl muğam ifaçısı, anası – əslən qazaxlı Firuzə Vəkilova Tbilisidəki Azərbaycan məktəbində rus dili müəllimi olmuş, müğənniliyə məktəb xorunda başlamış Rəşid orta məktəbi bitirdiyi il (1933) Tbilisi parkında düzənlənən yay konsertində Azərbaycan xalq mahnılarını elə bir məlahətlə ifa edir ki, sonralar çəkiləsi “Bəxtiyar” filmindəki “mənimsəmə-səninsəmə” davalarının təməli qoyulur...
Həmin il qəbul olunduğu Dəmiryolu Texnikumunda tələbə orkestri yaradır, solist kimi fəaliyyətə başlayır, Gürcüstanın müxtəlif ünvanlarına, Yerevana “pioner-qastrol”lara çıxır. “Günlərin bir bəxtəvər günü” də yolu Bakıya düşür, “Arşın mal alan” filmində baş qəhrəmanı oynamağa dəvət edilir və onu “böyük Şöhrət” zirvəsinə qaldırası pillələrin möhtəşəm “ilk”i olan bu Əsgər obrazı 31 yaşlı bu gənci Stalin mükafatına uğraşdırır.
“Dünyaya vizit kartı”na (öz sözüdür) çevrilən bu ekran obrazından sonra Behbudov incəsənətin “düyməyə (“knopka”ya) bənd canlı sahəsi” nümunələrində hələ çox görünəcək: “Azərbaycan SSR incəsənətinin nailiyyətləri haqqında kinopoema” kimi qiymətləndirilən “Doğma xalqıma”, “Bəxtiyar”, “Xəzər neftçiləri haqqında dastan”, “Mən bir qıza rast gəldim”, “Romeo mənim qonşumdur”, “Abşeron ritmləri”, “1001-ci qastrol” və s. bədii, sənədli-xronikal, komedik-əyləncəvi film-konsertlərdə, vəfatından sonra isə “Hər şey olduğu kimi”, “Rəşid ömrü”...
Hələ də Azərbaycan kino-obraz generallarından hesab edilən “Əsgər”indən sonra o, Dövlət Filarmoniyasına solist dəvət edilir və öz zirvə istedadı ilə qarşılıqlı sənət əlaqələrinə qovuşduğu böyük bəstəkarlardan F.Əmirovun “Gülüş”, “Ulduz”, “Sevdiyim yardır”, T.Quliyevin “Neftçilər”, “Züleyxa” və b. romans və mahnılarını öz misilsiz ifaları ilə dövrün sənətkarlıq hadisələrinə çevirir.
Və... yuxarıda adını qəsdən çəkmədiyim bir mahnı –
“Azərbaycan”...
Onun müxtəsər say-hesablı kino obrazları arasında “vizit”i Əsgər idi, saysız-hesabsız nəğmələri içərisindəsə “Azərbaycan”!
Xatirələr, adətən (rəsmi tədbirlərdə “bədii hissə”lər kimi), yazı-pozuların axırına saxlanır. Mənsə, indi oxuyacağınız xatirəni – həm müəllifinin şöhrəti çəkisi, həm də “başıqarışıq” oxuculara çox böyük görünəsi bu yazımın sonadək oxunmasına çağrı baxımından önə çəkirəm. Ancaq, didaktiki çıxmasın, kiçicik bir şərtlə: bu xatirəni sonadək həmin mahnının cantitrədici mətni informasiyası, könülcoşdurucu melodiya və şahanə ifası vəhdətinə xəyallanaraq oxumalı. Və məncə, böyük sənətkarın 13 oktyabr 2001-ci il tarixli xatirə gecəsində ümummilli lider Heydər Əliyevin söylədiyi həmin xatirədən seçmələdiyim bu bir parça hər kəsin xəyalındakı “Rəşid Behbudov portreti”nə unikal cizgilər əlavə edəcək:
“Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə Zabitlər evində dinləmişəm. Ondansonraonungözəlrolları, gözəlsəsimənihəmişə heyranedibdir. R.Behbudov – T.Quliyevilə birlikdə – Azərbaycandailkestradamahnılarınınyaradıcısı olubdur. R.Behbudovdünyanı başdan-başadolaşmış ilkAzərbaycanmüğənnisidir. İkincibeləsiolmayıbdır.
Böyükqardaşım – rəhmətlikakademikHəsən Əliyevlə söhbətlərimizinbirində eşitdiyimsözlərmənimyadımdanheç vaxt çıxmır: “Bizyüzildirdünyayaneftverdik, amma özümüzü tanıdabilmədik. Ancaqbirnəfər, birinsan, – RəşidBehbudov özmahnıları ilə Azərbaycanı bütündünyayatanıtdı”.
Xatirimdədir, hələ ovaxtkimənrespublikanınrəhbərliyində deyildim, xaricdəngəlmiş hansısaməşhurmüğənnininindi “Şəhriyar” adlananklubdakeçirilənkonsertinə getmişdim. Oradan çıxandaRəşidlə piyadagedirdik. MənimyaşadığımAzərbaycanvə Bülbülprospektlərininkəsişməsindəkibinanınyanındankeçərkən, dedim, Rəşid, gedəkbir çayiçək. Dedi, çoxməmnuniyyətlə. Evə qalxdıq, oturduq, çayiçdikvə söhbətzamanı onabirneçə mahnı haqda özfikrimidedim. Nədənsə, birdənsoruşdumki, sənnə üçünRaufHacıyevin “Azərbaycan” mahnısını indiyədəkoxumursan? Dedi, nədənsə heç düşünməmişəm. HəyatyoldaşımZərifə xanımpianoarxasınakeçib, həminmahnını çaldı və Rəşidbaşladı bumahnını birbalacaoxumağa. Bundan 10-15 günsonrao, mənə telefonetdivə dediki, bumahnı artıqhazırdır...
...1970-ciildə, – birilidiki, Azərbaycanarəhbərseçilmişdim, – bizböyükbirnümayəndə heyətiilə – 50 illikyubileyiqeydolunanQazaxıstanagetdik. SSRİ rəhbəriBrejnevdə oradaiştiraketdiyinə görə, bütünmüttəfiqrespublikalarınbirinci şəxsləriQazaxıstandaidi. Mənnümayəndə heyətinə RəşidBehbudovudadaxiletmişdim. Bununlada, birincisi, ona özdostluqmünasibətimigöstərdim, ikincisi, fikirləşdimki, bu, bizimnümayəndə heyətininiştirakını dahadabəzəmiş olacaqdır. Çünkionubizdəndaha çoxtanıyırlar. Haradaolurduqsa, hamı “Rəşid, Rəşid!”, “RəşidBehbudov!” - deyirdi. Mənondabirdahagördümki, kiçikdən-böyüyə qədərhamı onanecə məhəbbətbəsləyir.”
Bircə abzasda –
onun öz uşaqlıq çağları – doğulduğu (14 dekabr 1915) Tiflis şəhərində ailəsinin dolanışığı üçün 12 yaşından işləməyə başlaması ilə bağlı xatirələrindən:
“Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanları içərisinə salır, əlimə şlanq verib onların ərpini təmizləməyi tapşırırdılar... O qazanlarda hərarət çox yüksək olurdu, istidən az qala boğulurdum...”
Yetmiş dörd illik bir ömrün ən körpə-kövrək çağlarında o zərif əllərdə qaba-qaba şlanqlar, o ecaz boğazda hərarətdən boğulmalar, bütün sonralarındasa həssas-həssas mikrofonlar...
Bu məqamda
belə bir fəxarət sədası: Rəşid Dünyası, Dünya Rəşidi...
İfa dünyasına məktəb xorundan başlayıb, ömür dünyasını Dünya Solisti olaraq dəyişmiş bu fenomen Filarmoniya nəzdindəki Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tərkibində unikal fəaliyyətinə, estrada janrının inkişafında (və bunun ovaxtlaradək əsasən Şərq təranələrilə nəfəs alan kütlələrə sirayət etdirilməsində) misilsiz xidmətlərinə görə, 1959-cu ildə SSRİ Xalq artisti adına layiq görülür.
Unikal yenilikçiliyi, alovlu qəlbi, yorulmaz qədəmlərilə daim mədəniyyətimizin daha da çiçəklənməsinə yürüyən sənətkar 1966-cı ildə sənətin digər növlərinə nisbətdə daha bəşərdilli olan musiqinin estrada, balet, pantomim və s. janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını (SSRİ-də ilk!) yaradır və onun bədii rəhbəri, fenomenal aparıcı-ifaçısı olaraq, doğma nəğmələrimizdən əlavə, dünya xalqlarına məxsus 50-dən çox mahnı ilə 56 məşhur ölkənin səhnəsini fəth etməyə başlayır.
Həmin arenaların hər birində Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilən bu sənət fenomeni həm də ictimai xadim kimi tanınıb, neçə-neçə fəxri ad, mükafat və ünvanlara layiq görülüb: Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, Gürcüstan SSR-in Əməkdar incəsənət xadimi, Dağıstan MSSR-in Xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, “Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri, küçə, musiqi məktəbi, Mahnı Teatrı qarşısında abidə və s. hələ həyat və sənət yollarını işıqlandıran yüzlərlə elmi-populyar, ədəbi-publisistik məqalə və oçerklər, neçə-neçə sanballı monoqrafik kitablar...
Bu məqamda onun öz kitabını da xatırlayaq: 1952-ci ildə (altı səfərinin hər birində “bir an belə gözdən-maraqdan qoyulmadığı”) Hindistandan qayıtdıqdan sonra qələmə aldığı “Uzaq Hindistanda”...
1962-ci ildə İranı fəth edən çıxışları səbəbilə Tehranda yeni tikilmiş dəbdəbəli bir konsert kompleksini onun şərəfinə “Rəşidiyyə” adlandırıblar. “Məşhur” diktator Pinoçetin dövründə Çilinin bir çox şəhərindəki möhtəşəm konsertlərinin sədasını eşidən partizanlar onu öz kollektivilə birgə “oğurlayıb” dəniz səviyyəsindən dörd min iki yüz metr hündür bir dağa aparmış, antraktlarda isti çay əvəzinə, “oksigen yastığı”yla nəfəs verə-verə bir neçə gün “konspirativ konsert” verdirmişlər. Düz altı dəfə qastrolda olduğu Hindistanda tamaşaçıların “daha bir həftə də qalın” təkidilə razılaşmayıb Vətənə dönərkən dünyanın bu ən zəngin “nəğmə kultlu kütlə”si saatlarla onun sərnişini olduğu qatarın qabağını kəsib. Keçmiş Sovet İttifaqının bir çox şəhərlərində camaat onun özünü, Odessada isə maşınını əlləri üstündə gəzdirib, qəzetlərindən birinin xanım jurnalisti isə yazıb ki, görəsən, bütün İttifaqda bu Əsgər bəyə biganə bir qadın, vurulmayan qız tapılarmı?..
Müəyyən fasilələrlə Opera və Balet Teatrının da (50-60-cı illər) solisti olmuş R.Behbudov öz bənzərsiz vokal elementləri, səhnə ustalığı ilə sənətin bu sahəsinin inkişafına da “qızıl fond” əyarlı töhfələr, əbədiyaşar obrazlar ərməğan edib ki, bunlardan tək elə “Sevil” (premyerası: 25 dekabr 1953) operasındakı Balaş rolunu xatırlatmaq kifayət edər.
Fərqindəyəm ki, indiyədək heç bir TV-radio, qəzet-jurnal, jurnalist-publisist... bu ulu və həmişə olu sənət azmanını axıracan kəşf-vəsf, layiqincə tərif-təqdir, gərəyincə təfsir-təqdim edə bilməyib və bəndəniz də onların sadiq davamçısı...
“Lalələr”, “Bakı”, “Qalalı”, “Qalanın dibində”, “Ağacda leylək”, “Güloğlan”, “Güləbatın”, “Züleyxa”, “Yar bizə qonaq gələcək”, “Azərbaycan”...
Oxuduğu şedevr mahnıları sadalamaqla qurtarmayan bu bəşəri nəğməkarın dünyadəyişimi zamanı qəzetlərdən biri belə bir ifadə də işlətmişdi:
“Milli kədər”...
Bu misilsiz vokal ustadının adına bağlı sənət işləri içərisində bir siyasi “iş” də var; tarixçəsi – 9 iyun 1989, təfsiri – böyük OLUMa çox cılızlıqla qıyılmış “kiçik” ÖLÜM...
Və ovaxtdan-buvaxta, bu dünya şöhrətli varolma və SSRİ yaxalı yoxetmə ilə ilgili bir sual: “Moskvada baş vermiş bu hadisəyə səbəb “təsadüfən” üstü açılmış tarixi bir fakt (Ağcaqum çölündə “güllələnmiş” S.Şaumyanın məzarını Hindistanda öz gözlərilə gördüyünü deməsi) olub, yoxsa, M.Qorbaçova Qarabağ mövqeyilə bağlı sərt şəkildə bildirdiyi irad?..”
Bu sual, onun öz xanımına pıçıldadığı “deyəsən məni aradan götürəcəklər” ehtimalı istisna edilməklə, hələ də müəmma...
“Deyəsən məni aradan götürəcəklər”...
Bu sözləri ilk olaraq eşidən vəfalı xanımı hələ “qiyabi” qayınanasının onun haqda dediyi sözləri isə dahi həyat yoldaşının xatirələrindən oxuyub: “Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı dalınca qaçar, ağlayar, saatlarla pəncərə qabağında oturub gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: “Oğlum, sən bu işləri görəsi olmasan da, öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?”
Hamımız bilirik ki, Ceyran xanım bu dünyanın bütün yaxşı işlərini bacarıb və bunların ən böyüyü böyük Rəşid Bebudovu başa düşmək, qiymətləndirmək idi!
Bu yazının –
üçüncü yarımbaşlığının başlanışı: “İfa dünyasına məktəb xorundan başlayıb, ömür dünyasını Dünya Solisti olaraq başa vurmuş Rəşid Behbudov!..”, qurtarışı (?): Səs-sənəti hər gün, hər il, hər əsr yenidən doğulub-yaşayası Rəşid Behbudov!..
Tahir ABBASLI