Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Nuray Mehdiyeva Bakıdakı Rus Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Rodniki duşi” (“Qəlb çeşmələri”) adlı rus klassik və xalq musiqiləri, mahnı və rəqslərinin ən yaxşı ifaları üzrə XIV Respublika festival-müsabiqəsinin qalibi olub.
Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100, görkəmli bəstəkar Qara Qarayevin 100 və “Azərbaycan Rus İcması” İctimai Birliyinin 25 illik yubileylərinə həsr olunub.
Müxtəlif nominasiyalarda və yaş qrupları arasında keçirilən müsabiqədə 9 yaşlı Nuray Mehdiyeva öz yaşıdları arasında fortepiano ixtisası üzrə I dərəcəli, vokal üzrə isə II dərəcəli diplomlara layiq görülərək laureat adını qazanıb.