İyulun 1-də Qırğızıstanın paytaxtı Bişkekdə “TENGRI Music” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçiriləcək.
Ənənəvi olaraq Bişkekin Qələbə parkında təşkil olunan festivalda ölkəmizlə yanaşı, Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan tanınmış sənət adamları iştirak edəcəklər. Festivalda ölkəmizi Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru Orxan Həşimov təmsil edəcək. O, rusiyalı həmkarı Valentin Uryupinlə birlikdə Qırğızıstanın “Manas” Kamera Orkestrinə dirijorluq edəcək.