Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyunun 5-dən 16-dək Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçirilən “Vidlunya” XX Beynəlxalq Monodram Teatr Festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edib.
Ukraynanın “Kut Mono” teatrında keçirilən festivalda Qırğızıstan, Moldova, Polşa, İsrail və başqa ölkələr təmsil olunub. Tamaşalardan sonra teatr xadimlərindən ibarət heyət hər bir səhnə əsərini müzakirə edib. Şövqi Hüseynovun oyunu rəğbətlə qarşılanıb və o, “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.