Rusiyanın TurStat analitik agentliyi MDB ölkələrinin bu ilin yayında açıq səma altında ən yaxşı festivallarının reytinqini təqdim edib.
Reytinqə əsasən, Minskdə “Rok za Bobrov”, Bakıda “Jara” və Almatıda “FourЭ” festivalları MDB-də açıq səma altında keçirilən, rusiyalı səyahət həvəskarları arasında populyarlıq qazanmış musiqi festivallarının üçlüyünə daxildir.
Reytinq festivala baxmağa gedən tamaşaçıların sayına əsasən tərtib edilib.
Xatırladaq ki, III “Jara” Beynəlxalq Musiqi Festivalı iyulun 26-dan 29-dək Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində keçiriləcək. Festivalda Emin, Qriqori Leps, “Loboda”, “Leninqrad”, “A’Studio” qrupları, Artik & Asti, Aleksey Çumakov, Burito, Valeri Meladze, Yeqor Krid və başqaları çıxış edəcəklər. Ötən il “Jara”da 10 mindən çox tamaşaçı olub.