İyunun 26-da 25-ci İstanbul Caz Festivalı başlayır. Tədbirə İstanbul Mədəniyyət Sənət Vəqfinin (İMSV) ev sahibliyi ilə “25-ci ildə nəsillər boyu Türkiyə cazı” açılış konserti ilə start veriləcək.

Festivalda Türkiyə caz sənətinin tanınmış solist və musiqi qrupları Kamil Özlərin rəhbərlik etdiyi TRT Musiqi və Caz Orkestrinin müşayiətində müxtəlif əsərləri səsləndirəcək.

Tədbir çərçivəsində 27 iyunda amerikalı caz sənətçisi Melody Gardot da musiqisevərlərin qarşısına çıxacaq.

İyulun 17-dək davam edəcək festival çərçivəsində 27 məkanda, 250-dən çox yerli və xarici sənətçinin iştirakı ilə 50 konsert veriləcək.

Mehparə SULTANOVA, Ankara