Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Türk dillərində məsdərlər və feili isimlər” kitabı rus dilində işıq üzü görüb.
Monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin leksik-semantik mahiyyətinin və morfoloji-sintaktik əlamətlərinin müqayisəli-tarixi təhlilinə həsr olunub. Bundan əlavə, kitabda türk dillərində məsdərlərin və feili isimlərin əsas anlayışları, terminləri və onların təsnifat prinsipləri araşdırılıb. Türk dillərində məsdərlərin və feili isimlərin başqa formalarla genetik qohumluğu da izlənilib.
Kitabın redaktoru professor Rüfət Rüstəmov, rəyçilər professorlar Sayalı Sadıqova və Məhərrəm Məmmədlidir.