Cümhuriyyətin 100 illiyi münasibətilə konsert
İyulun 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər silsiləsindən “Məhəbbətlə doğulmuşam” adlı konsert proqramı təqdim olunub.
Niyazinin mənzil-muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü söyləyərək qonaqları salamlayıb.
Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, London Musiqi Akademiyasının LRSM lisenziyasını qazanmış solisti, respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və vokalçı, musiqişünas Sevinc İbrahimova görkəmli bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, həmçinin gənc bəstəkar Xədicə Zeynalovanın vətənpərvərlik ruhlu əsərlərindən ibarət proqramla çıxış ediblər.
Sonda Sevinc İbrahimova Azərbaycan bayrağına və Xalq Cümhuriyyətinə həsr etdiyi müəllif mahnılarını ifa edib.