Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi, hər il olduğu kimi, bu il də mövsüm sonunda bir sıra əməkdaşlarını mükafatlandırıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, “Nuri-didə Ceyhun” tamaşasında baş rolu oynayan Əməkdar artist Pərviz Məmmədrzayev “Ən yaxşı kişi roluna görə”, Gülnarə Abdullayeva “Ən yaxşı qadın roluna görə”, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə “Mövsümün ən yaxşı rejissor işinə görə” mükafata layiq görülüb.
Elnarə Nağdəliyeva “Mövsümün sevilən aktrisası”, Nicat Əli (Həbibov) “Mövsümün sevilən aktyoru”, Gülnarə Əzizova “Mövsümün məhsuldar aktyoru”, Nərgiz Kərimova “Bərpa tamaşasında uğurlu roluna görə”, Roman Krasnov “Mövsümün ən yaxşı balet artisti”, Təranə Əliyeva “Mövsümün ən yaxşı xor artisti” adını qazanıb. Yusif Hüseynov “Mövsümün ən yaxşı musiqiçisi”, Fəridə Aslanova “Mövsümün ən işgüzar əməkdaşı”, Hüseyn Nağıyev “Mövsümün ən yaxşı uşaq roluna görə”, Tamilla Sadıqova “Teatrın dostu”, Kəmalə Novruzova “Mövsümün ən yaxşı texniki işçisi” nominasiyaları üzrə mükafatlandırılıb. Həmçinin Əsgər Əsgərovun quruluşunda özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyası “Mövsümün ən yaxşı tamaşası” seçilib.
Xalq artisti Fatma Mahmudova və Əməkdar artist Almaz Ələsgərova Xalq artisti Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, teatrda bu ənənənin əsası 3 il öncə – 108-ci teatr mövsümünün sonunda qoyulub.
Bildirək ki, Musiqili Teatr mövsümə iyulun 15-də “O olmasın, bu olsun” tamaşası ilə yekun vuracaq.