Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycanın Əməkdar artisti Tofiq Seyidovun Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında səhnələşdirdiyi tamaşa ilə 135-ci mövsümə yekun vurub.
Tamaşadan əvvəl muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək teatrın keçdiyi zəngin sənət yolundan, o cümlədən müstəqillik dövründə qazandığı nailiyyətlərdən bəhs edib. Diqqətə çatdırılıb ki, ölkə Prezidentinin sərəncamı ilə 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi qeyd olunub.
Vurğulanıb ki, son illər muxtar respublikada teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Muxtar respublikada teatr sənətinə bağlı insanların əməyi daim qiymətləndirilir.
Sonra “Qılınc və qələm” tamaşası nümayiş olunub.