Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı cari mövsümə iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekun vuracaq.

Teatrdan bildirilib ki, sənət ocağı ənənəvi olaraq mövsümü “Qarabağnamə” tamaşası ilə açır və bağlayır. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, səhnə tərtibatçısı Əməkdar rəssam İsmayıl Məmmədov, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

Tamaşada rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Elşən Cəbrayılov, Anar Heybətov, Rövşən Kərimduxt və başqaları oynayırlar.