Füzuli Dövlət Dram Teatrı 2 iyul – Polis Günü münasibətilə S.Axundovun “Bəndalı bəndə düşüb” tamaşasını rayon Polis şöbəsinin işçilərinə nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rollarda Habil Hacıyev, İntizar Quliyeva, Vaqif Rəhimov, Əli Hüseynov, Asif Şirinov, Elşən Gözəlov, Qaçaq Qarayev, Aygün Cəfərova və başqaları çıxış edib.
Sonda teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək polis işçilərini peşə bayramı münasibətilə təbrik edib.