Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova 25-30 iyun tarixində Macarıstanın Budapeşt şəhərində keçirilən Şopen adına pianoçuların VIII Beynəlxalq müsabiqəsində uğurla iştirak edib.
İki turdan ibarət müsabiqədə Şirin III dərəcəli diploma, hədiyyə və pul mükafatına layiq görülərək müsabiqənin laureatı adını qazanıb. Müsabiqədə müxtəlif ölkələrdən 3 yaş kateqoriyası üzrə onlayn video ifalarla münsiflər heyəti tərəfindən 40 nəfər iştirakçı seçilib.
Professor Siala Sinamdzqvarişvilinin yetirməsi olan Şirin 10-13 yaş kateqoriyasında xüsusi tələb olunan proqramla yarışmada (F.Şopen, F.Şubert və V.Motsartın əsərləri) bacarığını göstərib.