Azərbaycanda İran mədəniyyəti günləri 27-28 iyun tarixində Bakıda keçirilən tədbirlərdən sonra Gəncə şəhərində davam edib.
İyunun 29-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycanda İran mədəniyyəti günləri çərçivəsində konsert təşkil edilib.
Konsertdə tanınmış dirijor Firudin Şəhbarianın bədii rəhbərliyi ilə İran Milli Orkestri çıxış edib. Proqramda təqdim olunan musiqilər, o cümlədən İranın məşhur xanəndəsi Salar Əqilinin orkestrin müşayiəti ilə ifa etdiyi mahnılar musiqisevərlərin zövqünü oxşayıb.
Şərq-İran musiqisinin ən gözəl nümunələrinin yüksək sənətkarlıqla təqdim olunduğu konsert Gəncənin mədəni mühiti və musiqi həvəskarları üçün böyük mədəniyyət hadisəsinə çevrilib.