İyulun 5-dən 14-dək Gürcüstanda Nodar Dumbadze adına II Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Gürcüstan mediasının məlumatına görə, Quriya diyarının Çoxatauri Mədəniyyət sarayında keçiriləcək festivala Azərbaycandan Gəncə Dövlət Dram Teatrı, həmçinin  Rusiyanın teatr truppaları qatılacaq.

Festival tanınmış gürcü yazıçı-dramaturqu Nodar Dumbadzenin (1928-1984) 90 illiyinə və Gürcüstanın Ozurget teatrının yaranmasının 150 illik yubileyinə həsr olunub.

Tədbirdə Nodar Dumbadzenin səhnələşdirilmiş əsərlərini 13 teatr nümayiş etdirəcək.