Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Çikaqo şəhərində gənc azərbaycanlı istedadların klassik musiqi gecəsi keçirilib. Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi tərəfindən təşkil olunmuş tədbir Türk Amerika Mədəniyyət Alyansının binasında gerçəkləşib.
Tədbirdən əvvəl çıxış edən gənc musiqiçilərin müəllimi Gülçöhrə Əliyeva uşaqların qısa müddət ərzində əldə etdikləri nailiyyətlər və musiqi proqramı barədə məlumat verib.
Sonra Azərbaycan icmasının gənc üzvləri Maykl Naği (piano), Rassl Naği (piano), Nəzrin Məmmədova (piano), Ayxan Əzimov (piano), Məryəm Əzimova (piano), Leia Zarinebaf (piano), Araz Zarinebaf (ud, gitara və piano) və Sabir Əliyev (saksafon) musiqi proqramları ilə çıxış ediblər.
Azərbaycanlı icmasının üzvlərindən Teymur Mehmandarov gənclərə uğurlar arzu edərək gələcəkdə bu cür tədbirlərə şeir gecələrinin də əlavə olunmasının əhəmiyyətini qeyd edib.