Tatarıstanın qədim Alabuğa şəhəri beynəlxalq art-simpoziuma hazırlaşır. Şəhər dünyanın 12 ölkəsindən 47 rəssamı qəbul edəcək. Builki, sayca 13-cü beynəlxalq art-simpozium “Xalq oyun və əyləncələri” mövzusuna həsr edilib.

Simpoziumun tematikasına müxtəlif xalqların mədəniyyətində mövcud olan, milli ənənələri göstərən xalq oyun və əyləncələrinin bədii interpretasiyası daxildir.

Yaradıcılıq meydanında Efiopiya, Bolqarıstan, Macarıstan, Portuqaliya, Serbiya, Türkiyə, Çin, Rusiya və digər ölkələri təmsil edən rəssamlar  görüşəcəklər. Sənətçilər şəhərə iyulun 9-da gələcəklər və ayın 18-dək işləyəcəklər.

Tamaşaçılar layihə iştirakçılarının əsərlərini simpoziumun  yekununu əhatə edən xüsusi sərgidə görə biləcəklər.

Gülcahan MİRMƏMMƏD