Xakasiyada “OT IRI” (“Odun nəğməsi”) V Beynəlxalq festival-müsabiqəsi başa çatıb. Festivala yaxın və uzaq xaricdən, eləcə də Rusiya Federasiyasının regionlarından etnik estrada janrında çıxış edən peşəkar və həvəskar ifaçılar qatılıblar.

Müsabiqə iştirakçılarının çıxışını nüfuzlu sənət adamlarından ibarət münsiflər heyəti qiymətləndirib. İştirakçılar da öz növbəsində münsifləri və tamaşaçıları fərqli musiqi nömrələri, nadir bədii material ilə heyran ediblər. Münsiflər heyətinin qərarı ilə festival-müsabiqənin Qran-pri mükafatına Qazaxıstanı təmsil edən Muratbek Hayrolda layiq görülüb.

I dərəcəli laureat diplomu Qırğızıstandan gəlmiş Melani Sariyevaya, II dərəcəli laureat diplomu isə Belarus ifaçısı Olqa Qorniçara verilib. III yeri Moldovanın Qaqauz Yeri muxtar bölgəsindən Yuliya Arnaut qazanıb.

G.MİRMƏMMƏD