Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümə iyulun 15-də yekun vuracaq.
İyulun 13-də isə teatrda mövsümün son premyerası - “Min bir gecə” nağılları əsasında hazırlanan “Əlibaba və qırx quldur” adlı yeni tamaşa göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Səhnə əsərinin musiqisi Fikrət Əmirovun “Min bir gecə” baletindən bəhrələnərək hazırlanıb. Tamaşada teatrın aktyorları Rəhim Rəhimov, Cavid Telman, Cəmilə Allahverdiyeva, Samirə Nəcəfli və başqaları rol alıb.
Mövsümün son görüşündə həmçinin teatrın əməkdaşları mükafatlandırılacaq. İlin ən yaxşı aktyoru, aktrisası, rejissoru, texniki işçisi fəxri fərmanlarla təltif olunacaq.