Şuşa Dövlət Musiqili Dram Teatrı 144-cü mövsümü milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası ilə bağlayacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur. Rolları əməkdar artistlər Teymur Məmmədov və  Azad Məmmədov, aktyorlar Püstəxanım Zeynalova, Zəhra Salayeva, Ruhiyyə Həsənova, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qəmbərov, Yaşar Muradov ifa edirlər.

Teatr mövsümünün son tamaşası iyulun 12-də “Azərsun Holdinq” Mədəniyyət mərkəzində oynanılacaq.