Başa çatan mövsüm Azərbaycan Dövlət Pantomima Teatrı üçün məhsuldar olub. Kollektiv sənətsevərlərə maraqlı tamaşalar təqdim edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, sənət ocağı iyulun 15-də mövsümü rus yazıçı-dramaturqu Anton Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə bağlayacaq.

Səhnə əsəri Leyla Atayevanın quruluşunda izləniləcək. Tamaşada rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.