Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gənc aktyorların kastinqini elan edir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, kastinqdə aktyorluq təhsili almış və ya hazırda bu sahə üzrə təhsil alan 18-22 yaşlı oğlan və qızlar iştirak edə bilər.

Kastinqin keçirilməsində məqsəd gənc aktyor nəslinin yaradıcılıq potensialının üzə çıxarılması və teatr sənətinə yeni adların gətirilməsidir.

Maraqlananlar bazar günlərindən başqa hər gün saat 10:00-dan 18:00-dək teatra müraciət edə bilərlər.