Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin rəisi İlyas Hacıyevin sədrliyi ilə müşavirə keçirilib.
Regional idarənin əməkdaşları, Bərdə, Tərtər rayonlaları, Yevlax və Mingəçevir şəhərləri üzrə nümayəndələr və digər rəhbər işçilərin iştirak etdiyi müşavirədə Mədəniyyət Nazirliyində aparılmış struktur islahatlarından və 6 iyul tarixində Azərbaycan Milli Kitabxanasında keçirilən regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədən söz açılıb.
Regional idarənin rəisi İlyas Hacıyev müşavirə barədə məlumat verib, qarşıda duran vəzifələrdən, regional idarələr və mədəniyyət müəssisələri arasında təcrübə mübadiləsindən, nəzərdə tutulan layihələrdən bəhs edib. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalında iştirak, o cümlədən təşkilati işlər barədə tapşırıqlar verilib.