15-20 iyul tarixində Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İnternational Society for Music Education – İSME) 33-cü Dünya konfransı keçiriləcək.
Konfransda dünyanın müxtəlif ölkələrindən musiqi təhsili üzrə 500-dən çox mütəxəssisin iştirakı gözlənilir. Konfrans çərçivəsində 17 iyulda Azərbaycan Milli Konservatoriyasında “Türk sessiyası” adlı xüsusi tədbir təşkil olunacaq.
UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti 1953-cü ildə yaradılıb. Qurumun dünya konfransları iki ildən bir keçirilir. Bundan öncəki konfrans 2016-cı ildə Böyük Britaniyanın Qlazqo şəhərində təşkil olunmuşdu.