İyulun 13-dən 23-dək Santyaqoda, Çili Milli Opera Teatrının səhnəsində Cakomo Puççininin “Toska” operası nümayiş olunacaq. Operada Azərbaycanın Xalq artisti Elçin Əzizov Baron Skarpianın partiyasını ifa edəcək.
2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.