Yuğ Dövlət Teatrı mövsümə iyulun 15-də rus yazıçı-dramaturqu Anton Pavloviç Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vuracaq.

Rejissor Günay Səttarovanın quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı Əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur. Səhnə əsərində Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək.