Ritm ifaçısı Ramil Cahangirov müəllifi olduğu yeni “İmza” adlı ritm-kompozisiyasını təqdim edib. Kompozisiyanın rejissoru Namiq Zeynalovdur.

Beynəlxalq ritm festivallarının iştirakçısı olan Ramil Cahangirov öz ifası ilə Azərbaycanı müxtəlif ölkələrdə təmsil edib. Həmçinin o, solisti olduğu “Amarok” qrupu ilə Bakıda keçirilən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, Formula 1 yarışında və digər beynəlxalq yarışlarda fərqli kompozisiyalarla çıxış edib.