Məşhur hollandiyalı rəssam, əsərləri dünyanın bir çox muzey və kolleksiyalarını bəzəyən, auksionlarda yüksək qiymətə satılan Vinsent Van Qoqun (1853-1890) arxivi açılıb.

Amsterdamda rəssamın adını daşıyan muzey fırça ustasının 986 əsərini rəqəmsal formada internetə yükləyib və sənətsevərlərin ixtiyarına verib.

Arxiv hər kəsə açıqdır.