![](/img/news/700x420/3310.jpg)
Beşcildliyin I cildi “Ədəbiyyat tarixçiliyinin atası” Firudin bəy Köçərliyə, II cild “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı”na həsr edilib. III cilddə “Xəlil Rza Ulutürkün həyatı, mübarizəsi və ədəbi irsi”, IV cilddə “Heydər Əliyev haqqında etüdlər” əksini tapıb. V cild isə “Həyat və bədii həqiqət” mövzusuna həsr olunub.
Yeni nəşrdə sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri namizədi Nikpur Cabbarlı, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov akademik Bəkir Nəbiyevin yazıları haqqında söz açıblar.
Qeyd edək ki, bugünlərdə akademik Bəkir Nəbiyevin "Nəsimi kəlamının işığında (Azərbaycan elm və mədəniyyət xadimlərinin Suriya səfərindən notlar)" kitabı da işıq üzü görüb.