Bakı Slavyan Universitetində (BSU) Slovakiyanın Ruzomberok Katolik Universitetinin Beynəlxalq şöbəsinin baş mütəxəssisi Peter Nemek ilə görüş keçirilib.

Universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov ali təhsil ocağı barədə qonağa ətraflı məlumat verib. Vurğulanıb ki, universitet Balkan ölkələri, digər slavyan dilləri və mədəniyyətləri üzrə yeni tədris-mədəniyyət mərkəzləri, ixtisaslar açmaqda maraqlıdır. Burada təhsil alan əcnəbi tələbələr Azərbaycan mədəniyyətinə, tarixinə xüsusi maraq göstərirlər.

P.Nemek gələcəkdə ali məktəblə əməkdaşlığın qurulması imkanlarından danışıb. Bildirib ki, “ERASMUS+” proqramı çərçivəsində Ruzomberok Katolik Universiteti ilə Avropanın, o cümlədən Qafqazın qabaqcıl ali təhsil ocaqları arasında tərəfdaşlıq müqavilələrinin imzalanacağı nəzərdə tutulub.