Xəbər verdiyimiz kimi, iyulun 29-da mədəniyyət naziri Adil Kərimli Gədəbəy rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan sonra nazir Gədəbəy şəhərində bir sıra mədəniyyət müəssisələrinə baş çəkib. Gədəbəy rayon Aşıq Məktəbi, rayon Uşaq incəsənət məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və həmin binada yerləşən Gədəbəy rayon Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də MKS-nin uşaq şöbəsinin fəaliyyəti ilə tanışlıq olub.

Nazir həmçinin Gədəbəy rayonunun Slavyanka kəndində Folklor klubu, Uşaq musiqi məktəbi və kitabxanaya da baş çəkib.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.