Azərbaycan qısa fasilədən sonra yenidən “Eurovision” uşaq mahnı müsabiqəsinə qayıdır.
Müsabiqənin mətbuat xidmətindən bildiriblər ki, noyabrın 25-də Minsk şəhərində keçiriləcək “Eurovision junior 2018” uşaq mahnı müsabiqəsində iştirakını rəsmi şəkildə təsdiq edən ölkələrin sayı 19-a çatıb.
Azərbaycanla yanaşı, Albaniya, Avstraliya, Belarus, Fransa, Gürcüstan, İtaliya, İsrail, Qazaxıstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələr müsabiqədə iştirak edəcəklər.
Mahnı müsabiqəsi 15 min tamaşaçı yeri olan “Minsk Arena”da baş tutacaq.
Azərbaycanı təmsil edəcək iştirakçının adı yaxın vaxtlarda müəyyən olunacaq.