Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın bölgələrində 10 filialı fəaliyyət göstərir. Filiallar üçün tikilən binalar lazımi avadanlıqlarla təmin olunub, toxuculuq emalatxanası, rəssam otağı, anbar, xalça-satış salonu və s. yaradılıb.
Bunlarla yanaşı, filiallarda çalışanların iş yerinə rahat gediş-gəlişinin qayğısına da qalınıb. Dövlət başçısının tapşırığı ilə “Azərxalça”nın hazırda fəaliyyət göstərən Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Ağdam və Füzuli filialları avtobusla təmin olunub.
“Azərxalça”dan bildirilib ki, ilin sonunadək fəaliyyətə başlayacaq filiallar üçün də nəqliyyat vasitələri alınaraq ölkəmizə gətirilib.