Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA) və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) əməkdaşları Türkiyənin Məngən şəhərində Beynəlxalq aşpazlıq və turizm festivalında və Rusiyanın Yekaterinburq şəhərində baş aşpazların toplantısında iştirak ediblər.
AMKA-nın prezidenti Tahir Əmiraslanov bildirib ki, Türkiyədə keçirilən festivalda 9 ölkə iştirak edib. Azərbaycan aşpazlar Emil Əliyev və Maksim Qolovinin hazırladıqları yeməklər birinci yer tutaraq qızıl medal və kuboka layiq görülüb. İkinci yeri Malayziya komandası, üçüncü yeri Özbəkistan komandası tutub.
Yekaterinburq şəhərində dünyanın digər tanınmış aşpazları ilə birlikdə keçirilən usta siniflərində həmyerlimiz Ziya Şahbazov fərqlənib və diplomla təltif olunub.