Azərbaycanın Əməkdar artisti, pianoçu, bəstəkar, dirijor Turan Manafzadə İstanbulda “All Saints” kilsəsində konsert proqramı ilə çıxış edib. O, səhnəni türk əsilli gənc skripka ifaçısı Mevsim Engin ilə bölüşüb.
Konsertdə dünya klassiklərinin əsərləri ilə yanaşı, fransız bəstəkar Klod Debüssi və Azərbaycan bəstəkarı Qara Qarayevin əsərləri də ifa olunub. Əməkdar artist Turan Manafzadə konsert proqramında öz bəstələrini də səsləndirib. “Qəlbimə düşər damcılar”, “Sən eşqin özüsən” və “Ay Laçın” mahnıları dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Konsert gənc sənətçilərin ifasında “Sarı gəlin” mahnısının səsləndirilməsi ilə başa çatıb.