Onların arasında Emil Qədirov da var
Moskvada yaşayan həmvətənimiz Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsinin iştirakçıları sırasındadır. Sentyabrın 4-dən 9-dək keçiriləcək finalda 16 ifaçı mübarizə aparacaq.
“Novaya volna-2018” müsabiqəsinin yarımfinalında müxtəlif ölkələrdən 150 musiqiçi iştirak edib. Rusiyanın Xalq artisti İqor Krutoyun sədrlik etdiyi münsiflər heyətində Filip Kirkorov, müsabiqənin rejissoru Aleksandr Revzin, musiqi prodüseri Anastasiya Muxina yer alıb.
Xatırladaq ki, Emil Qədirov Rusiyanın Birinci kanalının “Qolos” layihəsində dördüncü mövsümün iştirakçısı olub. “Qradski Holl” teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkə bəstəkarlarının romansları və estrada mahnıları daxildir.