Sentyabrın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.

Teatrın saytında xəbər verilir ki, Azərbaycanın Əməkdar artisti Timur Əsgərov səhnə əsərində şahzadə Ziqfrid obrazını canlandıracaq.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariinsk Teatrının truppasında fəaliyyət göstərir.