“Bakı Metropoliteni” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə təşkilatçılığı ilə daha bir sosial layihə həyata keçiriləcək.

Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Bununla əlaqədar metropolitenin “Gənclik” stansiyasının keçidlərində fotosərgi təşkil ediləcək. Xəzərdə Azərbaycan gəmiçiliyinin salnaməsini canlandıran, müxtəlif dövrləri əhatə edən 90 fotodan ibarət sərgi sentyabrın 10-da açılacaq.