Məşhur Avstriya-ABŞ bəstəkarı Arnold Şönberqin “Pierrot Lunaire” əsəri sentyabrın 6-da Helsinqborqda (İsveç) Azərbaycanın Xalq artisti, bəstəkar Fərəc Qarayevin simfonik orkestr üçün redaktəsində səsləndiriləcək. Əsər Helsinqborq Simfonik Orkestri tərəfindən təqdim ediləcək.

Orkestrin saytında xəbər verilir ki, dirijor Stefan Solyom, solist Sofiya Yernberq olacaq.