Sentyabrın 1-2-də Gürcüstanda Cənubi Qafqaz ölkələrindən, eləcə də İran, ABŞ, Polşa və Seneqaldan olan musiqiçilərin iştirakı ilə “One Caucasus-2018” beynəlxalq musiqi festivalı keçiriləcək. Beşinci dəfə təşkil olunan festivalın əsas məqsədi Cənubi Qafqazda yaşayan gəncləri ruhlandırmaq, dinc, sabit və təhlükəsiz bölgə yaratmaqdır.
Festival bu il azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Poladauri kəndində keçiriləcək. Ötən il isə Marneuli rayonunun Tserakvi kəndində təşkil olunub.
Azərbaycanı festivalda “Eurovision-2017” mahnı müsabiqəsinin iştirakçısı Diana Hacıyeva təmsil edəcək. Onu “DiHaj” elektron musiqi qrupu və “H3Collectiv” qrupu müşayiət edəcək.
Festival çərçivəsində xalq sənəti nümunələrinin yarmarkası, filmlərin nümayişi və mövzu üzrə seminarların təşkili də nəzərdə tutulur.