Qırğızıstanda Çingiz Aytmatovun “Ağ gəmi” povestinin motivləri əsasında “Şambala” filminin çəkilişlərinə başlanılıb. Filmin quruluşçu rejissoru Artıkpay Suyundukovdur.

“Şambala”nın ssenarisi bir neçə il əvvəldən hazır olduğu, hətta povest müəllifinin çəkilişlərə şəxsən razılıq verdiyi və öz tövsiyələrini yaradıcı heyətdən əsirgəmədiyi deyilsə də, proses indi reallaşır. Filmin çəkilişləri Kemin, Balıkçi şəhərlərində, bir də Narın vilayətində aparılacaq. “Şambala”nın 2019-cu ildə ekranlara çıxacağı planlaşdırılır.

“Ağ gəmi” povesti əsasında eyniadlı ilk film 1976-cı ildə tanınmış rejissor Bolot Şamşiyev tərəfindən ekranlaşdırılıb.

GÜLCAHAN