Avropanın ən böyük mülki aviasiya qovşağı adına iddia edən İstanbulun yeni aeroportundan həyata keçiriləcək ilk uçuşun tarixi açıqlanıb.

“Türk Hava Yolları”nın (THY) idarə heyətinin və icraiyyə komitəsinin sədri İlker Aycı oktyabrın 29-dan etibarən THY-nin yeni aeroporta köçəcəyini deyib. Bildirib ki, bu proses 45 saata başa çatacaq. Oktyabrın 31-də isə ilk uçuş həyata keçiriləcək.

Yeni aeroportdan ilk daxili uçuş İstanbuldan Ankaraya, ilk beynəlxalq uçuş isə Azərbaycana və Şimali Kipr Türk Respublikasına olacaq.

Hazırda İstanbulda iki beynəlxalq aeroport – Atatürk və Sabiha Gökçen hava limanları fəaliyyət göstərir.

Üçüncü İstanbul Hava Limanının fəaliyyətə başlamasından sonra Atatürk Beynəlxalq Aeroportunun yerində geniş yaşıllıq-park kompleksi salınacaq.

GÜLCAHAN